Messinin vida matçının biletləri 4 dəqiqəyə satıldı
Argentinada Lionel Messinin milli komandadakı vida matçına hazırlıq davam edir.
Msport.az xəbər verir ki, Argentina yığması oktyabrın 6-da Buenos-Ayresdəki “El Monumental” stadionunda Beninlə qarşılaşacaq.
Sözügedən oyunun bütün biletləri cəmi 4 dəqiqəyə satılıb. “El Monumental” stadionu 85 min tamaşaçı tutumuna malikdir.
Lionel Messi Argentina millisində debütünü 2005-ci ildə edib. 39 yaşlı hücumçu “Albisaleste”nin heyətində keçirdiyi 207 oyunda 125 qol vurub və 68 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Messi milli karyerasını başa vurmaq qərarını avqustun sonunda açıqlayıb. Beləliklə, oktyabrın 6-da Beninə qarşı keçiriləcək görüş onun Argentina millisində sonuncu oyunu olacaq.







