featured-image-10724

Birinci hissədə hücuma keçərək rəqibi bir az qəzəbləndirmək istəyirdik. Fərqlənmək üçün şanslarımız da oldu”.

Msport.az xəbər verir ki, bunu  “Viktoriya”nın kapitanı Lukaş Heyda Bakıda “Qarabağ”la qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.

32 yaşlı müdafiəçi fasilədən sonra praktiki olaraq heç nə etmədiklərini bildirib: “Məsuliyyətlə müdafiə olunduq və bunu sərfəli nəticə kimi qəbul edirik”.

Qarşılaşmada sarı vərəqə aldığı üçün cəzalı duruma düşən Heyda azarkeşlərdən üzr istəyib: “Buna baxmayaraq komanda yoldaşlarımın işin öhdəsindən gələcəyinə inanıram”.

Qeyd edək ki, avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər xəbərlər