featured-image-3256

Azərbaycanın tanınmış jurnalisti, AFFA-nın sabiq mətbuat katibi Məzahir Süleymanzadə 70 yaşında ikən vəfat edib.

Msport.az xəbər verir ki,  mərhum jurnalist bu gün Mərdəkan qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974 – 1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Müxtəlif illərdə “Leninskoe znamya”, “Krasnaya zvezda”, “İdman” – “Sport” qəzetlərində, “Sovetskiy voin” jurnalında çalışıb. “Kommunist” qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub. 1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilkləriindən sayılan “Səhər” qəzetini təsis edib. M.Süleymanzadə həmçinin çoxsaylı kitablar müəllifidir.

1984-1994-cü illərdə “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, həmçinin “Araz” Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

M.Süleymanzadə futbol sahəsində də fəaliyyət göstərib. O, “Neftçi” və AFFA-da mətbuat katibi, Bakı Futbol Federasiyasında prezident və vitse-prezident vəzifələrində çalışıb

Bənzər xəbərlər