featured-image-17299

“Sabah” Coy Lens Mikelslə 1+1 sistemi ilə yeni müqavilə bağladı.

Msport.az xəbər verir ki, yeni anlaşmaya əsasən, almaniyalı vingerin maaşı  artırılıb.

Bu mövsüm Azərbaycan Premyer Liqasında 7 qol vuran futbolçu ilinə 200 min dollar alacaq. Qeyd edək ki, 28  yaşlı hücumçu 2021-ci ildə “Sabah”a gələrkən onun əməkhaqqısı ilinə 90 min dollar idi.

Yeni müqaviləyə əsasən, Mikels oyunların 70 faizində meydana çıxarsa, o, qarşıdakı mövsümdə artıq 220 min dollar alacaq.

Bənzər xəbərlər