featured-image-80163

“Latsio”nun ispan müdafiəçisi Mario Hila “Milan”a keçməyə yaxındır.

Msport.az xəbər verir ki, 25 yaşlı futbolçunun transfer haqqı 30 milyon avrodur.

“Real” bu məbləğin yarısını alacaq. Mario Hila “Real”ın gənclər sisteminin yetirməsidir. Oyunçu 2022-ci ilin yayında Roma klubuna qoşulduqda “Real” və “Latsio” arasında bağlanmış müqaviləyə oyunçunun gələcək satış qiymətinin 50%-ni alacağını nəzərdə tutan bənd daxil edilmişdi.

Hilanın bu həftə sonu tibbi müayinədən sonra “Milan”la müqavilə imzalayacağı bildirilir. İspaniyalı futbolçunun “Latsio” ilə müqaviləsi gələn yay başa çatır.

Bənzər xəbərlər