"Milan"dan rekord qiymətə transfer - RƏSMİ
Portuqaliya millisinin hücumçusu Qonsalu Ramuş PSJ-dən “Milan”a transfer olunub.
Msport.az xəbər verir ki, İtaliya klubu bu keçidə görə 74 milyon avro ödəyib.
Bu, İtaliya klubunun tarixində ən bahalı transfer olub.
25 yaşlı forvard 2023-cü ildən PSJ-də çıxış edirdi. O, Paris klubunda 81 oyunda 27 qol vurub.







