“Milan”ın futbolçusunun 500 min avro dəyərində saatları oğurlanıb
“Milan”ın yeni transferi Niklas Füllkruqun 500 min avro dəyərində saatları oğurlanıb.
Msport.az xəbər verir ki, hadisə futbolçu məşqdə olarkən baş verib. Otelə qayıdan Füllkruq seyfdən saatının oğurlandığını görüb.
Dəyəri 500 min avro olan 4 saat oğurlanıb.
Qeyd edək ki, almaniyalı forvard “Milan”a yanvarın 2-də “Vest Hem”dən icarə əsasında keçib. O, İtaliya klubunun heyətində 4 oyunda meydana çıxıb.







