“Milan” yeni transferini itirdi
“Milan”ın yeni transferi Niklas Füllkruq zədələnib.
Msport.az xəbər verir ki, 32 yaşlı hücumçu ayağından zədə alıb və oyunlarına ara vermək məcburiyyətində qalıb.
Onun ən azı 2 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Qeyd edək ki, Füllkruq yanvarın 2-də “Vest Hem”dən “Milan”a transfer hüququ ilə icarəyə verilib. O, 2026-cı ildə “Kalyari”, “Cenoa” və “Fiorentina”ya qarşı oyunlar da daxil olmaqla, A seriyasında üç matça çıxsa da, qol vura bilməyib.







