featured-image-75269

“Mançester Yunayted”in heyətin formalaşdırılması şöbəsinin rəhbəri Kristofer Vivell “Barselona”nın müdafiəçisi Aleks Baldeni kluba təklif edib.

Msport.az xəbər verir ki, 22 yaşlı futbolçu karyerasını Kataloniya klubunda davam etdirmək istəyir.

“Qırmızı şeytanlar” hələlik “blauqrana” və ya Baldenin özü ilə danışıqlar aparmayıb.

İspaniyalı müdafiəçi bu mövsüm bütün turnirlərdə 32 oyunda meydana çıxıb və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 60 milyon avrodur.

Bənzər xəbərlər