featured-image-73631

İngiltərə millisinin hücumçusu Ayven Touni yenidən Premyer Liqada çıxış edə bilər.

Msport.az xəbər verir ki, “Tottenhem” futbolçunun transferi ilə maraqlanır və onu heyətinə qatmaq istəyir.

Ayven Touni 2024-cü ilin yayından Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edir. O, bu müddət ərzində 59 oyuna çıxıb, 41 qol vurub və 8 məhsuldar ötürmə edib.

“Tottenhem” rəhbərliyi hücum xəttini gücləndirmək üçün Tounini əsas namizədlərdən biri kimi nəzərdən keçirir.

Bənzər xəbərlər