featured-image-17300

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov səfərdə Şimali Makedoniya yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl fikirlərini bölüşüb.

Msport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Ardıcıl qələbələr qazanmaq futbolçulara əlavə inam verir. Qələbə qazanmaq çox xoş hissdir. Uğurlu seriyanı davam etdirmək üçün hər futbolçu bütün bacarığını ortaya qoyacaq.

Şimali Makedoniya komandasının yaxşı oyunçuları var. Oyunlarını izləmişik. Ferdi Elmas, Enis Bardi kimi təhlükəli oyunçuları var. Komanda olaraq da yaxşı futbol nümayiş etdirirlər.

Etiraf edim ki, bir-iki il ərzində millidə bu qədər qol vuracağımı gözləmirdim. Bunun da əsas səbəbi daha əvvəllər az oynamağım idi. Oynadığım oyunlarda da qol imkanlarım az olurdu. İndi işlərim qaydasında gedir. Çox şadam ki, belə alındı və ardıcıl qollar vurdum. Mənim qol vurub-vurmamağım önəmli deyil, əsas məqsədim milli komandaya daha çox fayda verməkdir. Təbii ki, qol vursam daha yaxşı olar”.

Sabah baş tutacaq Şimali Makedoniya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Bənzər xəbərlər