featured-image-4419

Millimizin və Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli artıq yığmada nəticələr qazanmaq istədiklərini deyib.

Msport.az xəbər verir ki, 24 yaşlı futbolçu yığmamızın baş məşqçi Canni De Byazi ilə müqavilənin müddətinin uzadılmasına da münasibət bildirib:

“Düzü, millidəki zəif nəticələrdən biz də bezmişik. Artıq Azərbaycan yığmasında da nəticələr qazanmaq istəyirik.

Hamının adından deyə bilmərəm ki, De Byazinin millidə qalması hər kəsi sevindirdi. Ümumiyyətlə, millidə hamı həvəslə, can-başla oynamaq istəyir. Xoşlamıram ki, düşünüm məşqçi kim olacaq? Dəyişiklik olacaq, yoxsa yox?  Sonda çıxıb meydanda öz oyunumuzu göstərməliyik. Əslində bu federasiyaya veriləcək sualdır. Bizim işimiz çıxıb meydanda mübarizə aparmaqdır. (CBC Sport)

Bənzər xəbərlər