Millilərimiz Yunanıstan və İsveçrəyə qarşı
Budapeştdə keçirilən 45-ci Şahmat Olimpiyadası davam edir.
Msport.az xəbər verir ki, bu gün IX turun oyunları keçiriləcək.
Kişilərdən ibarət komandamız Yunanıstanla üz-üzə gələcək. Yığmamız son olaraq İtaliya ilə xalları yarı bölüb (2:2). VIII turdan sonra 11 xalı olan komandamız 20-cidir.
Qadınlardan ibarət yığmamız isə İsveçrə ilə qarşılaşacaq. Seçmə kişi zəka sahiblərimiz kimi ötən turu İtaliya (2:2) ilə bərabərliklə bitirib. VIII turdan sonra 11 xalı olan qadın şahmatçılarımız 20-cidir.
Qeyd edək ki, heyətlər hələ bəlli deyil.