Millimiz 2 yoldaşlıq oyunu keçirəcək
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının aprelin 12-dən 15-dək Bakıda, 16-dan 21-dək isə Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışı olacaq.
Msport.az xəbər verir ki, yığma hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.
Millimiz aprelin 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılşacaq.