featured-image-22006

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının fevralın 4-dən 12-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq.

Msport.az xəbər verir ki, komandamız hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirəcək.

Millimiz fevralın 6-da Tacikistanın, 8-də və 11-də isə Səudiyyə Ərəbistanının 20 yaşadək futbolçularından ibarət komandası ilə qarşılaşacaq.

Təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

1. Xəyal Fərzullayev – MOİK
2. Sadiq Məmmədzadə – Səbail
3. Ayxan Qocayev – Sumqayıt
4. Hüseyn Hüseynov – Turan Tovuz
5. Murad Musayev – Qəbələ
6. Samir Ağayev – Qəbələ
7. Aslan Şirinov – Neftçi
8. Eşqin Əhmədov – Qəbələ
9. Hacıəli Şirəliyev – Səbail
10. Rüfət Abbasov – Neftçi
11. Ravil Qafarov – Qəbələ
12. Şahin Şahniyarov – Qəbələ
13. Edqar Adilxanov – Şamaxı
14. Murad Ələkbərov – Zirə
15. Fəxri Məmmədli – Sabah
16. Lətif Rzayev – Neftçi
17. Ömər Qurbanov – Neftçi
18. Ceyhun Hacıyev – Hombrucher SV (Almaniya)
19. Murad Məmmədov – Neftçi
20. Nahid Əliyev – Dinamo (Sankt-Peterburq, Rusiya)
21. Tuncay Cəfərli – Sabah
22. Sənan Ağalarov – Qəbələ
23. Sadiq Şəfiyev – Turan Tovuz

Bənzər xəbərlər