featured-image-63457

FIFA futzal üzrə milli komandaların növbəti reytinqini açıqlayıb.

Msport.az xəbər verir ki, Azərbaycan yığması dünyanın 47-cisidir.

Millimiz son cədvəllə müqayisədə 62,06 xal itirib ki, bu, 15 pilləlik geriləməyə səbəb olub. Nəticədə Vitali Borisovun yetirmələri ən çox geriləyən komanda olub. Millimizin hesabında 1064,28 xal var.

Qeyd edək ki, dünya reytinqinə 1655,54 xalla Braziliya başçılıq edir.

Bənzər xəbərlər