featured-image-80358

Çimərlik futbolu üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsindəki (EBSL) ilk oyununda İngiltərə yığmasını məğlub edib.

Msport.az xəbər verir ki, B Liqasının B qrupunda yer alan komanda Batumi çimərlik meydançasında baş tutan görüşdə 8:3 hesablı qələbə qazanıb.

Millinin heyətində Sabir Allahquliyev 4, Sahib Məmmədov və Mirmövsüm Cəniyev hərəyə 2 qol vurublar.

Qeyd edək ki, Azərbaycan millisi qrupda ikinci oyununu bu gün Slovakiyaya, üçüncü matçını isə iyulun 17-də Latviyaya qarşı keçirəcək.

Bənzər xəbərlər