Millimiz Qazaxıstanla matça bu heyətlə çıxacaq
Azərbaycan millisi bu gün UEFA Millətlər Liqası çərçivəsində Qazaxıstan yığmasını qəbul edəcək. Msport.az xəbər verir ki, komandamızın baş məşqçisi Canni de Byazi Slovakiya ilə oyunla müqayisədə heyətdə bir dəyişiklik edib.
Cəzalı duruma düşən Riçard Almeydanın əvəzinə Filip Ozobiç start heyətində meydana çıxacaq.
Millimizin bu heyətlə meydana çıxması gözlənilir:
Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Höccət Haqverdi, Eddi İsrafilov, Emin Mahmudov, Filip Ozobiç, Ozan Can Kokçü, Ramil Şeydayev, Renat Dadaşov.
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan matçı bu gün saat 20:00-da start götürəcək.