Millimiz üçün bəd xəbər - Mahir yavaş-yavaş heyətdə yerini itirir
Mahir Emreli “Legiya”dan ayrılıb Zaqreb “Dinamo”suna yollananda ikili hisslər keçirmişdik. Bir tərəfdən sevinirdik ki daha güclü, səviyyəli klubda oynayacaq, digər tərəfdən də narahatlıq vardı ki, Xortaviya komandasında heyətə düşmək daha çətin olacaq.
Heyətində Bruno Petkoviç, Mislav Orşiç kimi Xorvatiya millisinin hücumçuları olan klubbda möhkəmlənmək asan məsələ deyil. Gərək legioner artıq elə səviyyədə olmalıdıır ki, baş məşqçi Ante Çaçiç bir an belə tərəddüd etmədən onu meydana buraxsın.
Mahir artıq 12 oyundur ki, start heyətinə düşə bilmir. Düzdür, millimizin hücumçusu çərşənbə axşamı “Budo Qlimt”lə Çempionlar Liqasının pley-off mərhələsində sonradan şans əldə etdi və 22 dəqiqə meydanda oldu. Lakin buna qədər o, “Hayduk”la Xorvatiya çempionatında və “Ludoqorets”lə ÇL qarşılaşmasında ehtiyatda qalmışdı.
Həmyerlimiz Zaqreb klubunda son qolunu iyulun 29-da yerli liqada “İstra” ilə matçda vurub. Həmin oyundan sonra isə “Dinamo” artıq 6 görüş keçirib. İnsafən qeyd edək ki, Emreli bəzi qarşılaşmaları zədə səbəbindən buraxıb, amma bu heç nəyi dəyişmir. Görünən odur ki, Mahir yavaş-yavaş heyətdə yerini itirir.
Sentyabrda isə artıq Azərbaycan yığmasını Millətlər Liqasında oyunlar gözləyir. Mahir bizim çox ümid bəslədiyimiz, millimizin vacib qollarını vuran futbolçudur.