Millimizdə yeni baş məşqçi
Qadın boksçulardan ibarət Azərbaycan millisində yeni baş məşqçi təyinatı olub.
Msport.az komanda İlkin Ağayevə tapşırılıb.
36 yaşlı mütəxəssisin qarşısına qoyulan məqsəd qadın boksunun inkişafı, beynəlxalq arenada uğurlu çıxışıdır.
Qeyd edək ki, İlkin Ağayev boksçu karyerasında yeniyetmələr arasında dünya birinciliyinin qızıl və gümüş medalçısı olub, Avropa birinciliyində finala kimi yüksəlib. O, 2017-ci ildən məşqçi kimi fəaliyyət göstərir. Son 3 ildə məhz qadınlardan ibarət yığmada çalışıb.