featured-image-24731

Martın 24-də Linzdə Avstriya və Azərbaycan milli komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə oyununa maraq böyükdür.

Msport.az xəbər verir ki, ötən gün qarşılaşma üçün bir neçə saat ərzində 15 min bilet satılıb. Digər biletlərin martın 15-dən sonra satışa çıxarılacağı deyilib.

“Raiffeisen Arena”da oynanılacaq matç saat 23:45-də start götürəcək. Stadion 19 min azarkeş tutumuna malikdir.

Bənzər xəbərlər