featured-image-24834

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazı Misli Premyer Liqasının iki oyununu izləyəcək.

Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu məqsədlə Qərb zonasına səfər edən millimizin baş məşqçisi Misli Premyer Liqasının XXVI turu çərçivəsində bu gün Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Zirə”, martın 11-də isə Tovuz şəhər stadionunda təşkil ediləcək “Turan Tovuz” – “Qəbələ” oyununu izləyəcək.

Bənzər xəbərlər