Millimizin futbolçuları cavab oyununu buraxacaq
Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Şamaxı” ilə cavab oyununa çıxacaq “Qarabağ”ın neçə itki ilə mübarizə aparacağı dəqiqləşib.
Msport.az xəbər verir ki, “köhlənlər”in cəzalı futbolçusu yoxdur.
Baş məşqçi Qurban Qurbanov bu matçda iki zədəli oyunçunun – mərkəz müdafiəçisi Bəhlul Mustafazadənin və qapıçı Şahruddin Məhəmmədəliyevin xidmətindən istifadə edə bilməyəcək.
Tərəflər Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Görüşün start fiti saat 19:00-da səslənəcək.
Şamaxıda baş tutan ilk görüşdə Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 2:1 hesablı qələbə qazanıb.







