Millimizin futbolçusu Cənubi Koreya klubuna keçdi
Milli komandamızın üzvü Anton Krivotsyuk karyerasını Cənubi Koreyada davam etdirəcək.
Msport.az xəbər verir ki, müdafiəçi “Tecon Xana Sitizen” klubu ilə müqavilə bağlayıb.
25 yaşlı futbolçunun keçidi üçün Cənubi Koreya təmsilçisi “Visla Plotsk”a 600 min avro ödəyib.
Ukrayna əsilli oyunçu 2021-ci ilin yayında “Neftçi”dən Plotsk “Visla”sına transfer olmuşdu.
AYXAN