Millimizin heyəti açıqlandı - SİYAHI
Futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Msport.az xəbər verir ki, yığmamızın toplanışına 15 futzalçı çağırılıb.
Millimiz Avropa çempionatının əsas mərhələsində iki oyun keçirəcək. Komandamız yanvarın 31-də səfərdə Xorvatiya, fevralın 4-də isə Bakıda Yunanıstanla qarşılaşacaq.
Bu görüşlərə hazırlıq məqsədilə təşkil olunan toplanış yanvarın 27-28-də Bakıda baş tutacaq. Baş məşqçi Vitali Borisov 2 gün davam edəcək məşqlərdən sonra səfərə aparacağı 14 futzalçını müəyyənləşdirəcək.
Qeyd edək ki, komanda yanvarın 29-da Xorvatiyaya yola düşəcək.
| № | Ad, soyad | Klub |
| 1 | Emin Kürdov | Araz-Naxçıvan |
| 2 | Rövşən Hüseynli | Astana (Qazaxıstan) |
| 3 | Fərid Abbasov | Baku Fire |
| 4 | Emil Həsənzadə | Neftçi İK |
| 5 | Xəzər Ağalızadə | Araz-Naxçıvan |
| 6 | Tofiq Mikayılov | Baku Fire |
| 7 | Kənan Manafov | Baku Fire |
| 8 | Oktay Rüstəmli | Baku Fire |
| 9 | Nihad İsmayılov | Baku Fire |
| 10 | Fərid Atakişiyev | Neftçi İK |
| 11 | Ülvi Əliyev | Araz-Naxçıvan |
| 12 | Mirzə Əmirov | Neftçi İK |
| 13 | Seymur Məmmədov | Klubsuz |
| 14 | Nurlan Mehdizadə | Baku Fire |
| 15 | Cavad Məmmədov | Baku Fire |







