featured-image-16827

Azərbaycan millisinin futbolçusu Rufət Dadaşov zədələnib.

Msport.az xəbər verir ki, hazırda “Şalke”nin II komandasında çıxış edən 31 yaşlı hücumçu “Alemanniya” klubuna qarşı Regional Liqanın XV tur matçında sıradan çıxıb.

Ayağından xəsarət alan təcrübəli forvard fasilədən sonra əvəzlənib. Onun yaşıl meydanlardan hansı müddətə kənar qalacağı bəlli deyil.

Qeyd edək ki, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Bənzər xəbərlər