Millimizin hücumçusunun burnu sındığı üçün maska ilə oynayır
Azərbaycan millisinin və Almaniyanın “Şalke” klubunun gənclərdən ibarət komandasının futbolçusu Rüfət Dadaşovun burnu sınıb.
Msport.az xəbər verir ki, 31 yaşlı hücumçu bu səbəbdən artıq 2 oyundur meydana qoruyucu maska ilə çıxır.
Qərb Regional Liqasında “Köln”ün müvafiq yaş qrupundan ibarət komandası ilə 19-cu matçında (5:0) fərqlənən təcrübəli forvard maska ilə oynamağın çətin olduğunu bildirib:
“Bəzi ötürmələri çox gec görürəm. Sevindirici haldır ki, qarşıda bizi fasilə gözləyir. Ümud edirəm ki, yeni ildən maskasız oynaya biləcəyəm”.
Xatırladaq ki, Rüfət Dadaşov cari mövsümdə “Şalke”nin heyətində 7 qol vurub.