featured-image-4083

UEFA Millətlər Liqasındakı oyunlara hazırlıq məqsədilə mayın 24-dən 27-dək Azərbaycan milli komandasının Bakıda təşkil olunacaq ilkin təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı müəyyənləşib.

Msport.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamızın iyunun 3-də, 6-da, 10-da və 13-də keçirəcəyi oyunlar üçün hələlik 15 futbolçuya dəvət göndərilib.

Səlahət Ağayev (“Sabah”), Emil Balayev (“Turan”, Qazaxıstan), Rəşad Əzizli (“Səbail”), Höccət Haqverdi, (“Sumqayıt”), Antok Krivotsyuk (“Vİsla, Polşa), Azər Salahlı (“Neftçi”), Bəxtiyar Həsənalızadə (“Sabah”), Eddi İstafilov, Emin Mahmudov (hər ikisi “Neftçi”, Aleksey İsayev (“Sabah”), Anatoli Nuriyev (“Sumqayıt”), Dmitri Nazarov (“Erzgebirge” Almaniya), Namik Ələskərov (“Bursaspor” Türkiyə), Renat Dadaşov (“Tondela” Portuqaliya), Mahir Emreli (“Dinamo” Zaqreb, Xorvatiya)

Bənzər xəbərlər