featured-image-22026

Avstriya və Azərbaycan milli komandaları arasında AVRO-2024-ün seçmə mərhələ oyununun “Raiffeisen Arena”ya salınmasının səbəbi bəlli olub.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, avstriyalıların baş məşqçisi Ralf Qanqnik matçın əvvəlcə “Rapid”ə məxsus “Alyants” stadionunda oynanılmasını istəyib.

Lakin klub avrokubok görüşlərini nəzərə alaraq, bu təklifi geri çevirib. Azərbaycanla oyunun “Ernst Happel”ə salınmamasına isə arenanın tutumunun böyük olması səbəb olub.

Qeyd edək ki, martın 24-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bənzər xəbərlər