featured-image-24583

Futzal üzrə DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Azərbaycan yığmasını qəbul edəcək Polşa millisi indiyə qədər Koşalin idman zalında 4 oyun keçirib.

Msport.az xəbər verir ki, bunlardan 3-ü yoldaşlıq matçı olub.

Rəqibimiz həmin arenada 2017-ci ildə Belarus və Fransa, 2 il sonra isə Braziliya ilə qarşılaşıb. Polşalılar üçün bu arenada keçirilmiş ən yaddaqalan matç AŞ-2018-in pley-off görüşü olub. Macarıstanla qarşılaşan və 6:4 hesabı ilə qələbə qazanan rəqibimiz 17 illlik fasilədən sonra Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, 1971-ci ildə istifadəyə verən arena sonralar bir neçə dəfə təmir olunub. Standartlara tam cavab verən idman qurğusunun tutumu 3000 nəfərdir.

Hazırkı məqamda qrup lideri olan Azərbaycan millisi elit-raunda zirvədə yollanmaq niyyətindədir. Polşa yığması ilə martın 7-də keçiriləcək matçda qələbə və heç-heçədən başqa, minimalhesablı yenilgi də komandamızın xeyrinə olacaq.

Bənzər xəbərlər