featured-image-58563

Futzal üzrə AVRO-2026-nın əsas mərhələsi çərçivəsində yığmamızın yer aldığı V qrupda ilk oyun keçirilib.

Msport.az xəbər verir ki, İsveç – Yunanıstan görüşündə qonaqlar qələbəyə seviniblər.

Oyun Yunanıstanın 4:1 hesablı qalibiyyəti ilə nəticələnib.

Qeyd edək ki, komandamız bu mərhələdə ilk oyununu dekabrın 17-də Bakı İdman Sarayında keçirəcək. Saat 20:00-da start götürəcək görüşdə Azərbaycan millisi İsveçlə üz-üzə gələcək.

Bənzər xəbərlər