featured-image-16693

Futzal üzrə DÇ-2024-un əsas mərhələsində Azərbaycan millisinin rəqibləri olan Yunanıstan və Polşa yığmaları bu gün Afinada üz-üzə gəliblər.

Msport.az xəbər verir ki, oyun Polşa yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Turnir cədvəlinə aktivində 6 xal olan millimiz başçılıq edir. Polşa yığmasının da 6 xalı var, amma rəqib komandamızla müqayisədə bir oyun çox keçirib.

Xatırladaq ki, Azərbaycan yığması gələn il martın 3-də Bakıda Yunanıstan, 4 gün sonra isə səfərdə Polşa ilə qarşılaşacaq.

Bənzər xəbərlər