featured-image-83214

Azərbaycan millisinin sabiq futbolçusu Sertan Taşkının yeni iş yeri müəyyənləşib.

Msport.az xəbər verir ki, Türkiyə təmsilçisi “Serik Spor”dan ayrılandan bəri klubsuz qalan müdafiəçi karyerasını Azərbaycanda davam etdirəcək.

Sertan 1-ci Liqa təmsilçisi “Səbail” ilə müqavilə bağlayıb. Arxa xətt oyunçusu 1+1 illik sazişə imza atıb.

Taşkın Bakı “İnter”inin (indiki “Şamaxı”) yetirməsidir.  O, müxtəlif vaxtlarda “Sumqayıt”, “Zirə”, “Turan Tovuz”da, eləcə də Türkiyənin “Manisa” komandasında da top qovub.

Qeyd edək ki, “Səbail”ə hazırda Elnur Abdullayev rəhbərlik edir. Sözügedən kollektiv 1-ci Liqanın ilk 3 turunda 7 xal toplayıb və hazırda turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub.

Bənzər xəbərlər