Millimizin sabiq futzalçısına 4 oyunluq cəza
Azərbaycan millisinin sabiq futzalçısı Namiq Məmmədkərimovu 4 oyunluq cəzalanıb.
Msport.az xəbər verir ki, hazırda “Neftçi” İK-da çıxış edən oyunçu “Araz-Naxçıvan”la matçda etdiyi hərəkətə görə cəza ilə üzləşib.
O, görüşün 27-ci dəqiqəsində ikinci sarı vərəqəni aldıqdan sonra rəqib futzalçı Lukas Freytas Romao Da Silvaya əli ilə zərbə endirib.