featured-image-21301

Azərbaycan millisinin və “İnter”in (hazırkı “Şamaxı”) sabiq yarımmüdafiəçisi Nizami Hacıyev Rusiyada futbol məktəbi açıb.

Msport.az-ın məlumatına görə, veteran futbolçu bu barədə özünün feysbuk səhifəsində paylaşım edib.

Nizami Hacıyev adına N8H adlanan məktən paytaxt Moskvada fəaliyyət göstərəcək. Məktəbdə 2005-2017-ci il təvəllüdlü uşaqlar futbolla məşğul olacaqlar.

Qeyd edək ki, “Olimpik”, “Xəzər Lənkəran”, MOİK, “Qəbələ” və “Keşlə” klublarının da formasını geyinmiş veteran futbolçu 2017-ci ilin dekabrında danışılmış oyunlara görə AFFA İntizam Komitəsinin qərarı ilə futboldan ömürlük kənarlaşdırılıb.

Bənzər xəbərlər