featured-image-11272

Millimizin sabiq üzvü Ruslan Qurbanov “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevi tənqid edənləri təhqir edib.

Msport.az xəbər verir ki, “Qəbələ”, “Neftçi”, “Sumqayıt”, “Keşlə” kimi klublarda oynamış futbolçi şəfsi “facebook” səhifəsində belə yazıb:

“Dünən Şah-Şah qışqırırdız. Bu gün çaqqal kimi hücum edirsiniz. Şah milli və kluba nə qədər xeyir verib, bunu tez yaddan çıxarırsınız. Maskanızı çıxarın, biz sizi çoxdan tanıyırıq”.

Qeyd edək ki, Məhəmmədəliyev “Viktoriya Plzen” – “Qarabağ” Çempionlar Liqasının pley-off oyununda (2:1) kobud səhvlə yadda qalıb. Ondan sonra qapıçı sosial şəbəkələrdə kəskin tənqid olunub.

2022-ci ildə Belarusun “Slaviya Mozır” klubunda karyerasını başa vuran futbolçu menecerlik fəaliyyətinə başlayıb. Qurbanov milli komandamızda 26 oyun keçirib, 1 qol vurub.

 

 

media-изображение_2022-08-25_144531455

Bənzər xəbərlər