featured-image-26342

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirəcək.

Msport.az xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 16:00-da Bosniya və Herseqovinada keçiriləcək oyunda Monteneqro komandası ilə qarşılaşacaq.

Oyunu Moldovadan olan hakim idarə edəcək.

Xatırladaq ki, yığmamız daha öncə Qazaxıstana 2:0 hesabıyla qalib gəlibsə, Bosniya və Herseqovinaya oxşar hesabla məğlub olub.

AÇ-2023-ün seçmə mərhələsi
B Liqası, 2-ci qrup

28 mart

16:00. Monteneqro – Azərbaycan
Baş hakim: Elena Qobyila (Moldova).
Baş hakimin köməkçiləri: Ana Çiobotaru (Moldova), Merima Tanoviç (Bosniya və Herseqovina).
Dördüncü hakim: Almasa Hodziç (Bosniya və Herseqovina).
“Etno Selo Stanişiçi” stadionu (Biyelina).

Xal: Bosniya və Herseqovina – 6. Monteneqro – 3. Azərbaycan – 3. Qazaxıstan – 0.

Bənzər xəbərlər