Millimizin üzvü Belçika klubuna transfer oldu
Azərbaycan millisinin üzvü Rafael Vilela karyerasını Belçika çempionu “Anderlext”də davam etdirəcək.
Msport.az Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu ilə hücumçu ilə 1 illik müqavilə imzalanıb. Vilela son mövsümü Rusiyanın “Tümen” komandasında keçirib.
Qeyd edək ki, “Anderlext”də Azərbaycan millisinin daha bir üzvü – Eduardo Borges də çıxış edir. Komanda mayda UEFA Çempionlar Liqasının “Dördlər finalı”nda iştirak edib. Növbəti dəfə Belçika çempionu olan “Anderlext” 2023-24-cü il mövsümündə də Çempionlar Liqasında Belçikanı təmsil edəcək.