Millimizin üzvü Gürcüstan klubunda - FOTO
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Abdulla Xaybulayev karyerasını Gürcüstanda davam etdirəcək.
Msport.az xəbər verir ki, “Sabah”dan ayrılan 22 yaşlı yarımmüdafiəçi “Samtrediya”ya keçib.
Dağıstan əsilli oyunçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Abdulla Xaybulayev “Sabah”da 15, yığmada isə 3 oyun keçirib.