Millimizin üzvü Türkiyə klubuna keçir
“Kəpəz” ötən ayın sonlarında heyətinə qatdığı Bəxtiyar Həsənalızadə ilə vidalaşıb.
Klubdan Msport.az saytına verilən məlumata görə, 31 yaşlı müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.
Azərbaycan millisinin müdafiəçisi ilə Gəncə təmsilçisi arasında bağlanan müqavilədə ölkə xaricindən təklif gələcəyi halda sərbəst qalacağı barədə bənd yer aldığından anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Bəxtiyar Həsənalızadə “Kəpəz”ə azad agent kimi getmişdi.