featured-image-6086

Millimizin üzvü Emil Balayevin Qazaxıstan karyerası qısa çəkdi. Msport.az xəbər verir ki, 28 yaşlı qapıçı “Turan” klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozaraq Azərbaycana qayıdır.

Bu ilin əvvəlində “Turan”la 1,5 illik müqavilə imzalayan qolkiperin baş məşqçi Vladimir Qazzayevin istefasından sonra Türküstan ütəmsilçisində uzun müddət qalmayacağı bəlli idi. Balayev “Turan”da olduğu müddətdə yalnız 1 oyunda meydana çıxıb.

Qapıçının artıq yeni komandası da bəllidir. O, “Səbail”lə 1 illik müqaviləyə imza atacaq.

Bənzər xəbərlər