Millimizin Xorvatiya ilə yoxlama oyunlarını idarə edəcək hakimlər bilindi
Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının noyabrın 10-da və 13-də Xorvatiya yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Msport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Həmin təyinatları təqdim edirik:
Azərbaycan – Xorvatiya
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
10 noyabr. Dalğa Arena. Saat 16:00.
Azərbaycan – Xorvatiya
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Əli Əliyev.
13 noyabr. Dalğa Arena. Saat 16:00.