featured-image-24603

“Mingəçevir” komandasının üzvlərini daşıyan avtobusun qəzaya düşməsinin təfərrüatları bəlli olub.

Klubdan Msport.az-a verilən məlumata görə, hadisə Şamaxı-İsmayıllı yolunda baş verib.

Hadisə nəticəsində klubun idman direktoru Zaur Qarayev yüngül bədən xəsarətləri ilə Şamaxıda xəstəxanaya yerləşdirilib.

Digər komanda üzvlərinin durumu isə qənaətbəxşdir və onlar artıq Mingəçevirə qayıdırlar.

Qeyd edək ki, qəza komanda I Divizionun XX turu çərçivəsində “Şamaxı-2” ilə səfər oyununa gedərkən olub. Fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan görüş təxirə salınıb.

CAHİD

Bənzər xəbərlər