“Minimum 1 xal dalınca gəlmişdik” – “Şəfa”nın baş məşqçisi
“Şəfa” Azərbaycan Premyer Liqasının 6-cı turunda “Qarabağ”a minimal hesabla uduzdu – 0:1.
Msport.az xəbər verir ki, paytaxt klubun baş məşqçisi Zaur Həşimov jurnalistlərin suallarını cavablandırıb:
-Oyunun gedişi bizim üçün ümumən yaxşı alındı. Penalti epizoduna qədər demək olar ki, “Qarabağ”a 100 faizlik qol epizodu verməmişdik. Ümid edirdik ki, hücumda hansısa epizod yaradaraq , qol vurarıq. Ən azından bir xal qazanacağımızı düşünürdük, minimum bir xal arxasınca gəlmişdik. Futbolçularımdan narazı qalmadım, onlara təşəkkür etdim. Üç gün əvvəl oynadığımız “Sabah”a qarşı matç fiziki cəhətdən komandaya təsir etmişdi. Bütün bunların fonunda komandamdan razı qalmadım. Oyunumuz da pis alınmadı”.
– Növbəti oyununuz “Turan Tovuz”a qarşıdır…
– Qarşıda milli fasilə var. Ona qədər üç həftəmiz var. Bu qrafiklə bütün komandalar oynayacaq. Belə komandalarla oyunlarda da xal qazanmaq istəyirik. Oynadığımız bütün komandalar bizimlə görüşə qədər avrokuboklarda bir neçə görüş keçirmişdi. Bu gün də komandamız layiqli mübarizə apardı. Üç həftə vaxtımız var. “Turan Tovuz”la görüşdə daha güclü “Şəfa” görəcəyik.







