featured-image-12103

Mirabdulla Abbasov dünən 9 aylıq fasilədən sonra yenidən Azərbaycan Premyer Liqasında oynamaq şansı əldə etdi. “Neftçi” ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan 27 yaşlı hücumçu mövsümün sonuna kimi “Səbail”də forma geyinəcək. “Ağ-qaralar”ın heyətində 14 min manat aylıq əməkhaqqı alan futbolçu “Səbail”də bundan qat-qat uzuz qiymətə oynamağa razılaşıb.

Msport.az-ın əldə etdiyi məlumata görə, Abbasova “dənizçilər” ayda cəmi 3 min manat maaş verir.

Xatırladaq ki, forvard “Sabah”la oyunun 81-ci dəqiqəsində Zakpanı əvəzləmişdi.

Bənzər xəbərlər