MOİK yenə uduzdu, "Baku Sportinq"dən inamlı qələbə
Azərbaycan I Liqasında 3-cü turun oyunları başa çatıb. Msport.az xəbər verir ki, bu gün çempionatda daha iki matç baş tutub.
MOİK Bakıda “Zaqatala”ya 0:1 hesabı ilə uduzub. Bu, İlham Yadullayevin rəhbərlik etdiyi hərbiçilərin mövsümdə ikinci məğlubiyyəti olub.
“Baku Sportinq” isə Buzovnada “Şimal” üzərində inamlı qələbə qazanıb – 4:1.
25 sentyabr (cümə axşamı)
15:30. MOİK – “Zaqatala” – 0:1
Qol: Mətin Qəhrəmani, 44
Hakimlər: Kamran Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Əkbər Əhmədov
Binə qəsəbə stadionu
15:30. “Baku Sportinq” – “Şimal” – 4:1
Qollar: Ceyhun Muxtarlı, 7; Rubin Seyidov, 30; İlham Allahverdiyev, 48 – pen; Xəyyam Məmmədli, 84 – Xəyal Bədirov, 79 – pen.
Hakimlər: Murad Səlimov, Səbuhi Əmrahov, Sənan Atayev, Namiq Bəkirov
Buzovna qəsəbə stadionu
3 turdan sonra 100 faizlik nəticə göstərən “Şəfa” və “Səbail” turnir cədvəlinə başçılıq edirlər. “Baku Sportinq” 7 xalla 3-cü yeri tutur.