featured-image-4817

AFFA İcraiyyə Komitəsinin iclasında “Şamaxı”nın Müşahidə Şurasının sədri Zaur Axundov işlərinin çoxluğu üzündən klubda tutduğu vəzifədən istefa verdi.  Ancaq o, Azərbaycan Futzal Federasiyasında fəaliyyətini davam etdirəcək.

Msport.az xəbər verir ki, klubun idarəçiliyi Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevə tapşırılacaq. Ölkə başçısı İlham Əliyevin bacısı Sevil xanımın oğlu həm də Ağır Atletika Federasiyasının vitse-prezidentidi. Azər bəyin klubun Müşahidə Şurasının rəhbəri olacağı gözlənilir. Lakin idarəçiliyi yenidən klub prezidenti edəcək. Hər iki təyinatın yaxın günlərdə açıqlanacağı gözlənilir. (Futbol+)

Bənzər xəbərlər