featured-image-79956

“Monako”nun yeni baş məşqçisi müəyyənləşib.

Msport.az xəbər verir ki, “Knyazlıq klubu” Filipe Luislə 2028-ci ilin iyununa qədər müqavilə bağlayıb.

40 yaşlı braziliyalı mütəxəssis “Flamenqo”da uğurla işlədikdən sonra fəaliyyətini Avropada davam etdirəcək.

Filipe Luis “Flamenqo”ya rəhbərlik etdiyi 2 mövsüm ərzində komanda Braziliya kubokunu, Braziliya Superkubokunu, Karioka Liqasını, Braziliya çempionatını və Libertadores kubokunu qazanıb.

O, 2025-ci ildə Cənubi Amerikanın ən yaxşı məşqçisi seçilib.

Bənzər xəbərlər