Mourinyo “Real”a qayıda bilər
Joze Mourinyonun “Benfika”dakı gələcəyi ilə bağlı təfərrüatlar bəlli olub.
Msport.az xəbər verir ki, təcrübəli çalışdırıcının Lissabon klubu ilə müqaviləsində xüsusi bənd yer alır.
Həmin bəndə əsasən, Mourinyo mövsüm başa çatdıqdan sonrakı 10 gün ərzində heç bir təzminat ödəmədən klubu tərk etmək hüququna malikdir.
Bu fakt onun yenidən “Real”ı çalışdıracağı barədə xəbərləri gündəmə gətirib. Çempionlar Liqasında məhz “kral klubu”na qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında Mourinyo məsələyə münasibət bildirib: “Benfika” ilə hələ bir illik müqaviləm var. Madriddə işlədiyim dövrdə klub üçün hər şeyimi verdim. Orada yaxşı və pis günlərim oldu, amma hər zaman ən yaxşı nəticələr üçün çalışdım. “Real” rəhbərliyi və azarkeşləri mənə hörmət edir, mən də onlara. Bu, fantastik hissdir”.
Qeyd edək ki, “Benfika” – “Real” qarşılaşması bu gün keçiriləcək.







