Mövsümün ən yaxşısı Premyer Liqa klubunda
“Everton” heyətini yeni futbolçu ilə gücləndirib.
Msport.az xəbər verir ki, Liverpul təmsilçisi “Midlsbro”nun mərkəz yarımmüdafiəçisi Heyden Haknini transfer etdiyini rəsmən açıqlayıb.
24 yaşlı futbolçu yeni klubu ilə 2031-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulan 5 illik müqavilə imzalayıb. Transferin maliyyə detalları açıqlanmayıb.
“Midlsbro”nun yetirməsi olan Hakni akademiyadan əsas komandaya yüksələrək sonradan kapitanı statusuna qədər irəliləyib. O, 2025/2026 mövsümünün yekununda Çempionşipin ən yaxşı futbolçusu seçilib.







